Latviya Mərkəzi Seçki Komissiyası (MSK) məktəblərdə digər dillərdə, o cümlədən rus dilində təhsil verilməsi ilə bağlı ümumxalq referendumunun keçirilməsi üçün imza toplanılmasına etiraz edib.
KONKRET.az xəbər verir ki, MSK bu qərarı Ədliyyə və Təhsil nazirliklərinin, həmçinin Ombudsman bürosunun rəyləri əsasında qəbul edib.
“Ədliyyə Nazirliyi qanun layihəsinin hüquqi olaraq düzgün tərtib edilmədiyini bildirib. Həmçinin, qanun layihəsi məzmunca da tələblərə cavab vermir”, – deyə Latviya radiosuna MSK rəhbəri Kristina Berzinya bildirib.
Layihənin təşəbbüskarı olan Yeni Həmrəylik Partiyasının sədri Yanis Kuzins MSK-nın qərarının ədalətsiz olduğunu deyib. (axar.az)
