Rəsmi Kiyev Parisdəki “Norman Dördlüyü” sammitində Vaşinqtonun təzyiqi səbəbiylə Donbassdakı qüvvələrini tamamilə geri çəkməkdən imtina edib.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Rossiyskaya qazeta”ya verdiyi müsahibəsində söyləyib.
Lavrovun sözlərinə görə, bununla da Ukrayna nümayəndə heyəti Minsk razılaşmalarından çıxdığını bəyan edib.
Nazir bildirib ki, Donbasdakı münaqişə postsovet məkanının geosiyasi görüşləri baxımından ABŞ-ın maraqlarına cavab verir.
Lavrov hər iki tərəfin təmas xəttində təhlükəsizliyin Vaşinqton üçün faydalı olmadığını söyləyib.
Babək Göyüş
KONKRET.az
