Lavrovun nikahdankənar oğlu var? –  AÇIQLAMAbackend

Lavrovun nikahdankənar oğlu var? - AÇIQLAMA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Solovyov LIVE” yutub kanalına müsahibəsində nikahdankənar oğlunun olması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

KONKRET.az  xəbər verir ki, o, bununla bağlı məlumatları bəzi insanların yaydığını deyib.

“Bəzən “xoşniyyətli” insanlar diqqəti özlərinə cəlb etmək istəyirlər. Məsələn, 6-7 ay əvvəl mənə bir reportaj təqdim etdilər. Guya mənim nikahdankənar oğlum Rusiya Xarici İşlər Nazirliyinin təsərrüfat bölməsində işləyir”, – XİN başçısı qeyd edib.

S.Lavrov daha sonra zarafatla əlavə edib: “Ancaq nədənsə, atasının yanına gəlmir. Yəqin, yaxşı qazanır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*