Lavrovdan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı AÇIQLAMAbackend

Lavrovdan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı AÇIQLAMA

“Moskvada Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın ikinci iclası razılaşdırılıb və biz indi hər iki tərəf üçün əlverişli olan tarixi seçirik”.

KONKRET.az  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O, qeyd edib ki, İrəvana səfəri zamanı bu məsələni Ermənistanın baş naziri və xarici işlər naziri ilə müzakirə edib.

“Onlar delimitasiya komissiyası çərçivəsində ikinci iclasda iştirak etməyə hazır olduqlarını təsdiqləyiblər. Bu görüş Moskvada, bizim ərazimizdə razılaşdırılıb və biz indi hər iki tərəf üçün əlverişli olan tarixləri seçirik. Mən heç yerdən heç bir siqnal görməmişəm ki, tərəflər öz fikirlərini dəyişiblər və onların hansısa bu işdə iştirak etmək istəmir. Əksinə, mən həm İrəvanda, həm də bu gün danışıqlar zamanı təsdiq aldım ki, delimitasiya hazırkı mərhələdə bütün səylərin çox vacib tərkib hissəsidir”, – Lavrov bildirib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*