Lənkəranda beşmərtəbəli binada YANĞIN – Xəsarət alan varbackend

Lənkəranda beşmərtəbəli binada YANĞIN - Xəsarət alan var

Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 40 kvadrat metr olan mənzilin bir otağında yataq dəsti yanıb.

KONKRET.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı üç nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, onlardan biri tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*