Lənkəranda fəhlə faciəvi şəkildə öldübackend

Lənkəranda fəhlə faciəvi şəkildə öldü

Lənkəranda ölüm hadisəsi baş verib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, Lənkəran şəhər sakini, Z.Əliyeva küçəsi 33 ünvanında yaşayan, qaynaqçı, 1958-ci il təvəllüdlü Nəhmət Sərəng oğlu Məmmədov iş zamanı ehtiyatsızlıqdan 3-4 metr hündürlükdən yıxılıb. Nəticədə o, başından xəsarət alıb.

N.Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, reanimasiya şöbəsində müalicə alan yaralının həyatını xilas etmək mümkün olmayıb. Mərhumun meyiti Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*