Lənkəranda “Kamaz” təkər dəyişmək istəyən sürücünün üstünə aşdıbackend

Lənkəranda "Kamaz" təkər dəyişmək istəyən sürücünün üstünə aşdı

Lənkəranda bədbəxt hadisə nəticəsində sürücü xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qurumba kəndində baş verib.

Kənd sakini 1984 – cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov evində “Kamaz” markalı yük avtomobilinin təkərini dəyişmək istəyib. Bu zaman anidən qaldırıcı boşalıb və yük maşını sürücünün üstünə aşıb. S.Həsənov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyublar. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*