Lənkəranda qəzada yanaraq ölənin şəxsiyyəti məlum oldu – FOTObackend

Lənkəranda qəzada yanaraq ölənin şəxsiyyəti məlum oldu - FOTO

Lənkəran rayonu ərazisində baş verən yol qəzasında yanaraq ölən şəxsin kimliyi məlum olub.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, “Volvo” və “QAZel” markalı yük avtomobillərinin toqquşması nəticəsində baş verən yanğında ölən şəxs Cəlilabad rayon Alar kəndinin sakini, 1983-cü il təvəllüdlü Rasif Nabatəli oğlu Əzizovdur. 

Qeyd edək ki, Lənkəran şəhərinin Girdəni kəndində “Volvo” və “QAZel” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsinin baş verib. Yanğın nəticəsində “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi, kabinəsi və banında olan 3 ton arpanın 1,5 tonu yanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*