Lənkərandakı ağır yol qəzasında xəsarət alanların son durumu açıqlandı, 17 nəfər evə buraxıldıbackend

Lənkərandakı ağır yol qəzasında xəsarət alanların son durumu açıqlandı, 17 nəfər evə buraxıldı

Ötən gün Lənkərandakı ağır yol qəzasında xəsarət alanlardan 1 nəfərin müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində davam etdirilir.

KONKRET.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, yaralıların vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan 24 nəfər (13 qadın, 10 kişi, 1 azyaşlı olmaqla) bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu ilə xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunmuşdu. Müayinələrdən sonra 17 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*