“Lenta.ru”: “Azərbaycan Qarabağ erməniləri ilə barışmağa hazırlaşır”backend

"Lenta.ru": "Azərbaycan Qarabağ erməniləri ilə barışmağa hazırlaşır"

Bakının nəzarətində olan ərazilərdə yaşayan Dağlıq Qarabağ erməniləri Azərbaycanın tam vətəndaşı ola biləcəklər. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bunu TASS-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Bakı keçmiş mübahisəli ərazilərin sakinlərini Azərbaycanın siyasi, iqtisadi və hüquqi sahəsinə birləşdirməyə hazırlaşır. Bayramov etnik ermənilərə digər xalqların nümayəndələri ilə eyni hüquqların təmin ediləcəyini vurğulayıb.

Azərbaycanlılar da yavaş-yavaş Qarabağa qayıdırlar. Bəs, görəsən, azərbaycanlılar qarşılıqlı nifrəti məğlub edərək ermənilərlə dil tapa biləcəklərmi?

Dağlıq Qarabağdakı son hərbi əməliyyatlar zamanı Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, gələcəkdə erməni və azərbaycanlı icmaları bölgədə dinc yanaşı yaşamalıdırlar. Bu cür açıqlamalar İrəvanda kəskin etirazlara səbəb olub. Ermənistan prezidenti Armen Sarkisyan sovet dövründə Bakının Qarabağda etnik təmizləməyə çalışdığını, erməni məktəblərini bağladığını və erməni əhalisinin əsas hüquqlarını pozduğunu xatırladıb.

Erməni sosial şəbəkələrində mütəmadi olaraq Azərbaycan əsgərlərinin Qarabağ ərazilərini işğal edərək müqəddəs və mədəni əhəmiyyətli yerləri alçaltdıqları barədə şayiələr yayılır. Bu, bəzən foto və video dəlillərlə təsdiqlənir.

Hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli razılaşma çərçivəsində Dağlıq Qarabağ ərazilərinin Bakının nəzarəti altına verilməsi 1 dekabrda başa çatıb. Bu ərazilər təkcə erməni hərbçiləri tərəfindən deyil, həm də yerli sakinlər tərəfindən etnik düşmənçilik üzündən zülmdən qorxaraq tərk edilib.

“Lenta.ru” nəşri,

Tərcümə etdi: KONKRET. az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*