Lerikdə dərəyə yıxılan qadının vəziyyəti açıqlandı – FOTObackend

Lerikdə dərəyə yıxılan qadının vəziyyəti açıqlandı - FOTO

Lerik rayonunun Sivəkəram kəndi ərazisində dərəyə yıxılan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə KONKRET.az-a  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Mayın 9-u saat 16:30-da 1963-cü il təvəllüdlü 1 nəfər (qadın cinsli) aşıq-baldır oynağının gərilməsi və küt travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Xəsarət alana zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”, – məlumatda qeyd olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*