Lerikdə sürüşmə baş verdi, bir ev torpaq altında qaldı – FOTObackend

Lerikdə sürüşmə baş verdi, bir ev torpaq altında qaldı - FOTO

Lerikdə torpaq sürüşməsi olub.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Rayonun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus birmərtəbəli 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov tamamilə torpaq altında qalıb.

Hadisə zamanı evdə olan N.Baxşıyev ilə həyat yoldaşı xoşbəxtlikdən xəsarət almayıb.

Onlar hazırda qohumlarının evlərinə yerləşiblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*