Livan Səddam Hüseynin qohumunu İraqa ekstradisiya etdibackend

Livan Səddam Hüseynin qohumunu İraqa ekstradisiya etdi

Livan noyabrın 9-da Səddam Hüseynin qohumu olduğu deyilən və İŞİD-in qətliamında əli olduğu bildirilən şəxsi İraqa ekstradisiya edib,

KONKRET.az xəbər verir ki, bu barədə Al Arabia məlumat yayıb.

İraq mediası 1994-cü ildə anadan olan Abdulla Səbavini Səddam Hüseynin böyük qardaşı oğlu adlandırır. O, İŞİD üzvü olmaqda və ekstremist qruplaşmanın 1700-ə qədər Hərbi Hava Qüvvələri kursantını edam etdiyi 2014-cü ildə Speyşer qətliamında iştirak etməkdə ittiham olunur. Abdulla Səbavi, İnterpolun sorğusu ilə iyunun 11-də saxlanılıb. Bundan sonra İraq onun ekstradisiyasını tələb edib.

Səbavinin ailəsi bu ittihamı rədd edir. Yaxınlarının dediyinə görə, o, Speyşer qətliamı zamanı Yəməndə olub.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*