Livanın Akkar vilayətinə yanar meteorit düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Livanın NNA agentliyi məlumat yayıb.
Hadisənin şahidi olan Əl-Təlil yaşayış məntəqəsinin sakinləri bu olaydan təəccübləndiklərini bildiriblər. Sakinlərin sözlərinə görə, göy cisminin düşdüyü ərazidə yanğın başlayıb.
