Rusiya, ABŞ və Ukrayna arasında kritik görüş olacaq?backend

Rusiya, ABŞ və Ukrayna arasında kritik görüş olacaq?

Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsi ehtimalı Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında müzakirə edilib.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Danışırdılar ki, yaxın gələcəkdə belə bir görüş baş tuta bilər. Bu, Putinlə Trampın sonuncu telefon danışığı zamanı olub. Sizə başqa hər hansı bir detal təqdim edə bilmərəm”, – deyə Rusiya liderinin mətbuat katibi bəyan edib.

Kreml nümayəndəsi əlavə edib ki, Kirill Dmitriyev amerikalı danışıqlar aparan şəxslərlə əlaqələrini davam etdirir, Rusiya və ABŞ-ın iqtisadiyyat sahəsində potensial qarşılıqlı fəaliyyətinə fokuslanıb. Onun sözlərinə görə,

Rusiya və ABŞ-ın qarşılıqlı əməkdaşlığı faydalı ola bilərdi, lakin hələlik bu mövcud deyil. Həmçinin hələlik məlum deyil ki, ABŞ ümumiyyətlə Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı “cəhənnəm sanksiyaları” tətbiq edəcəkmi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*