Lökbatanda dənizdə boğulma hadisəsi baş verdibackend

Lökbatanda dənizdə boğulma hadisəsi baş verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Lökbatan qəsəbəsində dənizdə batan 1995-ci il təvəllüdlü Məmmədov Kamal Bəxtiyar oğlunun axtarışları başa çatıb.

K.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*