Lovrendən “Zenit”lə müqaviləni pozması tələb edildibackend

Lovrendən “Zenit”lə müqaviləni pozması tələb edildi

Xorvatiya Futbol İttifaqı millinin futbolçusu Deyan Lovrenin Rusiyaya qayıtmasını istəmir.

KONKRET.az xəbər verir ki, “Zenit”in müdafiəçisi yığma komandanın oyunlarından sonra Sankt-Peterburqa qayıtmağı planlaşdırsa da, Xorvatiya Futbol İttifaqının güclü təzyiqi altındadır.

Qurum rəhbərliyi hesab edir ki, Xorvatiya millisinin futbolçusu Rusiya klubu ilə müqaviləni dayandırmalıdır.

Xatırladaq ki, Rusiya qoşunlarının fevralın 24-də Ukraynaya hücuma keçməsindən sonra  bu ölkəyə qarşı bir çox sanksiyalar tətbiq edilib.

Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*