Lukaşenko Azərbaycana gəldi – YENİLƏNİBbackend

Lukaşenko Azərbaycana gəldi - YENİLƏNİB

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

KONKRET.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

15:26

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə yola düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Belta.by” agentliyi məlumat yayıb.

Səfər çərçivəsində Lukaşenko Prezident İlham Əliyevlə görüşəcək.

Prezidentlər Azərbaycan – Belarus münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.

“Əsas diqqət ticarət-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın inişaf etdirilməsinə yönəldiləcək. Tərəflər sənaye kooperasiya məsələlərini, qida istehsalı və tədarükü, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər”,-deyə Belarus Prezidentinin Mətbuat xidmətinin ötən gün yayımladığı açıqlamasında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*