Lukaşenko Paşinyana səsləndi: “Özün etiraf etdin ki, Qarabağ Azərbaycandır”backend

Lukaşenko Paşinyana səsləndi: “Özün etiraf etdin ki, Qarabağ Azərbaycandır”

Uzun illərdir ki, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırış etmişəm.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Putinlə mən Paşinyandan xahiş etdik ki, “Bu problemi həll et”. O isə “Xeyr, döyüşəcəyik” cavabını verdi. Döyüşdülər. Niyə indi Rusiyadan, hətta bizdən də inciyirsən. Sən özün etiraf etdin ki, Qarabağ Azərbaycan ərazisidir. Kimdən inciyirsən? İndi də Qərbə, Aİ-yə üz turursan”, – Lukaşenko bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin “ilk hücumları” Belarusa olub:
“Aydındır ki, o, bizi hədəfə alıb, amma Putinə yaxınlaşmağa çalışırdı və mən bunu çox yaxşı gördüm. Putinə dedim ki, münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur. Erməni xalqı düşünməsin ki, biz ermənilərə qarşıyıq və gördüyünüz kimi, heç bir reaksiya vermədik”, – deyə Belarus prezidenti vurğulayıb.

Günel Mikayılova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*