Macarıstan Xarici İşlər Nazirliyi Ukraynanı ölkədəki seçkilərin nəticələrinə təsir etmək cəhdində ittiham edib.
KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi Facebook səhifəsində müvafiq açıqlama verilib.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto Ukraynanı bazar günü ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə təsir etmək cəhdində ittiham edib.
Siyyarto bildirib ki, ittiham Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Ukraynanın Macarıstandakı səfiri arasında söhbətə əsaslanır. İddialara görə, Kuleba səfiri “Macarıstan seçkilərinin nəticələrinə təsir imkanları barədə məsləhətləşməyə” çağırıb.
Siyyarto Kuleba ilə Ukrayna səfiri arasında söhbətin məzmununu necə öyrəndiyini izah və sübut təqdim etməyib.
Dmitri Kuleba artıq Macarıstan XİN-in “European Pravda” nəşrinə dediklərini şərh edib.
“Macarıstanın Ukraynadakı davranışından başqa, biz heç vaxt Macarıstanın daxili işlərinə qarışmamışıq, xüsusən də seçkilər ərəfəsində. Qısamüddətli seçkiqabağı qazanc naminə nazir Siyyartonun necə davrandığını görmək qıcıqlandırıcıdır, cəfəngiyyat uydurmağa və onunla uzun müddət qurduğumuz münasibətləri məhv etməyə hazırdır”, – deyə Kuleba bildirib.
Ukrayna Xarici İşlər Nazirliyi əlavə edib ki, Lavrovun ordeni onun üçün ukraynalı nazirlə münasibətdən daha qiymətlidirsə, Siyyarto bildirməlidir.
Xuraman Etibarlı,
KONKRET.az
