Macarıstanın yeni baş naziri dövlət iqamətgahından imtina etdi – FOTObackend

Macarıstanın yeni baş naziri dövlət iqamətgahından imtina etdi - FOTO

Macarıstanın yeni seçilmiş hökumət başçısı Peter Madyar rəsmi dövlət iqamətgahında yaşamayacağını bəyan edib.

KONKRET.az xəbər verir ki, o, bu qərarını “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Macarıstanın yeni baş naziri dövlət iqamətgahından imtina etdi - FOTO

Həmçinin yeni baş nazir seçkiqabağı təşviqat dövründə ölkəni gəzərkən idarə etdiyi “Skoda Superb” markalı maşını özünün rəsmi xidməti avtomobili kimi saxlayacağını bildirib.

Hələ aprel ayında Madyar “Facebook” profilində sabiq baş nazir Viktor Orbanın Buda qəsrindəki rəsmi iqamətgahından imtina etmək niyyətində olduğunu diqqətə çatdırmışdı.

Xatırladaq ki, Orban 2010-cu ildən icra etdiyi Macarıstanın baş naziri postundan mayın 9-da istefa verib. Bundan sonra Macarıstan Milli Assambleyası (parlament) aprel ayındakı parlament seçkilərinin qalibi olan “Tisza” partiyasının sədri Madyarı ölkənin yeni baş naziri vəzifəsinə təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*