Maduro Bakıya kimin təyyarəsi ilə uçub və ekipaj üzvləri kimlər olub?backend

Maduro Bakıya kimin təyyarəsi ilə uçub və ekipaj üzvləri kimlər olub?

Argentina müxalifəti hökumətdən Venesuela prezidenti Nikolas Maduronun bir neçə gün əvvəl Bakıya uçduğu təyyarə və onun ekipaj üzvləri haqqında məlumat verməsini tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.

Mənbə yazır ki, Nikolas Maduro Azərbaycana səfəri zamanı Venesuelanın Conviasa dövlət aviaşirkətinə məxsus Airbus 340-600 təyyarəsindən istifadə edib. Bununla belə, təyyarənin beynəlxalq terrorizmlə əlaqəsinə görə ABŞ tərəfindən qara siyahıya salınmış İranın “Mahan Air” şirkətinə məxsus olduğu bildirilir.

Bundan əvvəl Argentina hakimiyyəti ekipaj üzvlərinin “Hizbullah”la əlaqəsi olduğuna dair şübhələr əsas gətirərək, ölkənin Eseyse hava limanında “Boeing 747” yük təyyarəsini saxlayıb.

Müxalifətçi deputat Valdo Volfun hazırladığı və digər müxalifət deputatlarının imzası ilə hazırlanan qətnamə layihəsi hökumətdən Maduronun uçduğu təyyarənin sahibi, hər bir uçuşun təfərrüatları və Argentina ərazisindən niyə keçdiyi barədə dəqiq məlumat verməyi tələb edir.

FlightRadar-ın məlumatına görə, təyyarə 28 aprel, 3, 9 və 17 may tarixlərində Buenos-Ayresə eniş edib. Venesuelanın paytaxtı Karakasdan üç reys həyata keçirilib. Nikolas Maduro daha sonra bu təyyarədən iyunun 7-dən 18-dək Türkiyə, Əlcəzair, İran, Küveyt, Qətər və Azərbaycana səfəri zamanı istifadə edib.

Valdo Volf, həmçinin ekipaj üzvlərindən hansının YV3533 təyyarəsini bu uçuşlarda idarə etdiyini və əvvəllər məhkum olunub-olunmadıqlarını dəqiqləşdirməyi tələb edib.

Qeyd edək ki, təyyarə Bakıya eniş etdikdən sonra Venesuela prezidentini müşayiət edən nümayəndə heyətinin üzvləri arasında koronavirusa yoluxma faktı aşkarlanıb. Nəticədə Nikolas Maduronun Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüşü keçirilib.

Onu da qeyd edək ki, ABŞ Maduro ilə danışıqlar aparır. Onu müxalifətlə razılığa gəlməyə inandırmaq istəyirlər. Bu da sonda Vaşinqtonun Venesuelaya qarşı neft embarqosunu ləğv etməsinə gətirib çıxara bilər.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*