Makron: “Ermənistan Qarabağ məsələsinin həllində mənə arxalana bilər”backend

Makron: "Ermənistan Qarabağ məsələsinin həllində mənə arxalana bilər"

“Ermənistan Qarabağ məsələsinin həllində mənə arxalana bilər”.

KONKRET.az xəbər verir ki, bu gün Fransa Prezidenti Emmanuel Makron Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təbrik məktubu göndərib.

“Ölkələrimiz arasında dostluq uzun və möhkəmdir. Ermənistan demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərdə Fransanın tam dəstəyinə arxalana bilər.

Fransa regionunuzda sabitlik, sülh və firavanlıq naminə fəaliyyətini davam etdirmək əzmindədir. Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir.

Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə Avropa İttifaqının səylərini dəstəkləyir. Bu baxımdan siz şəxsən mənə arxalana bilərsiniz”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*