“Mançester Siti” ispaniyalı futbolçu ilə müqaviləni uzatdıbackend

"Mançester Siti" ispaniyalı futbolçu ilə müqaviləni uzatdı

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Rodriqo Ernandes (Rodri) ilə müqaviləni uzadıb.

KONKRET.az “şəhərlilər”in rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək anlaşma əldə olunub.

26 yaşlı oyunçu bu komandaya 2019-cu ilin yayında İspaniya “Atletiko”sundan keçib. O, “Mançester Siti”də 151 matçda 13 qol və 9 məhsuldar ötürmə müəllifi olub. “Şəhərlilər”in heyətində 5 titula sahib çıxan Rodri 2018-ci ildən debüt etdiyi millidə 33 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Mançester Siti” 2021/2022 mövsümündə ardıcıl ikinci dəfə İngiltərə çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*