Manukyan: “Azərbaycanla gizli, yeni bir təslim müqaviləsi imzalanıb”backend

Manukyan: "Azərbaycanla gizli, yeni bir təslim müqaviləsi imzalanıb"

İnsanlar qiyam etmək hüququna sahibdirlər və bu, bir çox ölkədə baş verib.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan müxalifətinin baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyan mitinqdə jurnalistlərə verdiyi açıqlamasında deyib.

O bildirib ki, Paşinyan Azərbaycanla gizli, yeni bir təslim müqaviləsi imzalayıb. Manukyan, həmçinin insanları üsyana təhrik edəcəyini də etiraf edib: “Mən öz tərəfimdən hər zaman üsyana təşviq edəcəyəm. Bu hakimiyyətin getməsi üçün istənilən tədbiri təşviq edəcəyəm. Tariximizdə ölkə liderinin dövləti bu qədər aşağılayıcı şəkildə məhv edib, satdığı vəziyyət olmayıb”.

Yeri gəlmişkən, Vazgen Manukyan mitinqdə Yerevandakı Azadlıq meydanını “Vətənin xilası hərəkatı”nın qərargahı elan edib.

“Azadlıq meydanı bizim baş qərargahımızdır, təmsilçilərimiz həmişə burada olacaq, mən hər gün saat 17.00-dan 19.00-a qədər buradayam”, – Manukyan bildirib.

O, tərəfdarlarını gələcək addımları müzakirə etmək üçün meydana dəvət edib.

Xatırladaq ki, Ermənistan müxalifəti 20 fevral tarixinə böyük mitinq elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*