Marşall İrsi İnstitutu Azərbaycana daha beş minaaxtaran it göndərəcəkbackend

Marşall İrsi İnstitutu Azərbaycana daha beş minaaxtaran it göndərəcək

“Marşall İrsi İnstitutu iyun ayında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) mina aşkarlanması üzrə xüsusi təlim keçmiş 5 it təqdim edəcək”.

KONKRET.az xəbər verir ki, bunu “Report”a Marşall İrsi İnstitutunun (Marshall Legacy Institute, MLI) İcraçı direktoru Elis Bekker bildirib.

O deyib ki, basdırılan minaların aşkarlanması üzrə xüsusi təlim keçmiş itlər ANAMA-ya minatəmizləmə işlərində yardımçı olacaq.

“ANAMA ilə uzun müddətdir tərəfdaşlıq edən Marşall İrsi İnstitutu 2005-ci ildən indiyədək agentliyə 60 it verib. Ötən ilin avqustundan indiyədək isə 20 it göndərmişik. Hazırda təlimdə olan daha 5 it iyun ayında gətiriləcək”, – E.Bekker vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*