Masallıda ev yandıbackend

Masallıda ev yandı

Masallı rayonunda yanğın hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, yanğın 38 yaşlı Maya Ağayevaya məxsus evdə olub.

Belə ki, ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

Ev yaşayış üçün yararsız vəziyyətə düşdüyündən ana və 4 azyaşlı uşağı müvəqqəti olaraq yaxın qohumlarının evinə yerləşdirilib.

İlkin məlumata görə, evin yanmasına səbəb odun sobasının alışmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*