Maşın ağaca çırpıldı, ölən varbackend

Maşın ağaca çırpıldı, ölən var

Şəmkirdə bir nəfərin ölümü ilə nəticələn ağır yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın xəbərinə görə, rayonun Seyfəli kəndində hərəkətdə olan “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarında olan ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1962-ci il təvəllüdlü Şəmkir rayon sakini Qasımov Söhrab hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*