Maşınla ölümə səbəb olan FHN əməkdaşı hökmdən narazıdırbackend

Maşınla ölümə səbəb olan FHN əməkdaşı hökmdən narazıdır

Şəki rayonunda yol qəzasında 2 nəfərin ölümündə təsirləndirilən Nazim Umarovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası mayın 8-nə təyin edilib.

Şikayət hakim Akif Eyvazovun sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Umarova 7 il həbs cəzası verilib. Onun azadlıqdan məhrumetmə cəzasının bitməsindən sonra 4 il avtomobil idarə etməsi də qadağan edilib.

Qeyd: Balakən rayon sakini, 1978-ci il təvəllüdlü Nazim Umarov Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilib. Bildirilib ki, FHN-in DYM Xidmətinin Balakən Rayon Hissəsində manqa komandiri vəzifəsində çalışan N.Umarov xüsusi rütbəli daxili xidmət baş çavuşudur.

Hadisə 2023-cü ilin 3 iyul tarixində Şəki rayonunda qeydə alınıb. O, hadisə baş verən gün özünə məxsus “Dacia Logan” markalı avtomobillə Beyləqandan Balakənə qayıdırmış və yolda bir neçə sərnişin götürüb. Lakin Şəki rayonu ərazisində olarkən Nazim sükan arxasında yuxulayıb. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Avtomobildə olan sərnişinlərdən 4 yaşlı Sədəf, həmçinin 30 yaşlı Azər Murtuzov vəfat edib. Sədəfin atası Dilqəm Seyidəliyev, eləcə də sürücü və Beyləqan sakini olan 22 yaşlı Əşrəf Hüseynzadə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, ölən şəxslər yolda Nazimin maşınına minərək Zaqatala istiqamətinə hərəkət edirlərmiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*