“Mayın 31-dən sonra karantin rejiminin uzadılması barədə fikir söyləmək tezdir”.
KONKRET.az-ın məlumatına görə, bunu Operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev vurğulayıb ki, ölkəmizdə və dünyada olan vəziyyət qiymətləndiriləndən sonra qərar veriləcək:
“Vəziyyətdən asılı olaraq, karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi mümkündür”.
