Mayın sonunadək Şuşaya köçürüləcək əhalinin sayı açıqlanıbbackend

Mayın sonunadək Şuşaya köçürüləcək əhalinin sayı açıqlanıb

“May ayının sonu, iyun ayının əvvəllərinə qədər Şuşaya 370 ailənin, 1450 nəfərin köçürülməsi planlaşdırılır. Bundan sonra da mərhələli şəkildə köç davam edəcək və hər bir şuşalı öz doğma torpağında şad-xürrəm yaşayacaq”.

KONKRET.az xəbər verir ki, bunu Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva deyib.

O bildirib ki, bu gün şuşalılar çox xoşbəxtdir:

“İnsanlarımız çox sevinclidirlər. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Müzəffər Ordumuza, qazilərimizə, şəhidlərimizə minnətdarıq. Ali Baş Komandanın böyük siyasəti, diplomatiyası, rəşadəti sayəsində bu xoşbəxtlik bizə nəsib olub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!” (Apa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*