MEDİA-da yayım şirkətlərinin rəhbərləri ilə GÖRÜŞ KEÇİRİLDİbackend

MEDİA-da yayım şirkətlərinin rəhbərləri ilə GÖRÜŞ KEÇİRİLDİ

Mart ayının 3-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində çap mediası məhsullarının yayım şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.

KONKRET.az-ın məlumatına görə, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, görüşün əsas məqsədi çap mediası məhsullarının yayım sahəsindəki mövcud vəziyyətinin təhlili, yayım prosesinin səmərəliliyinin artırılması və bu sahəyə dair mövcud normativ hüquqi aktların müddəalarının şərh edilməsidir.

Görüşdə Bakı şəhəri ilə yanaşı rayonlarda da yayım işinin təkmilləşdirilməsinə ehtiyac olduğu vurğulanıb. Sonda görüş iştirakçılarının çap mediası məhsullarının abunə və satışının daha səmərəli təşkili istiqamətində təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*