Media islahatı gerçək media adamlarından yan keçməməlidir – Jalə Mütəllimova-Seyidliyazırbackend

Media islahatı gerçək media adamlarından yan keçməməlidir - Jalə Mütəllimova-Seyidli yazır

Jalə Mütəllimova-Seyidli

Mir Şahin Agayevin tövsiyəsi ilə bu yazını (https://konkret.az/dayanin-ana-bacisinin-qedrini-bilmeyenlere-xeberdarliq/) oxudum. Siz də oxuyun, maraqlıdır. Bu bizim Ramal Dövran Hüseynovdur. Mən onun fikirlərinə həmişə dəyər verib sevmişəm. Vaxtilə APA Holdinqdə bir yerdə çalışmışıq da. Amma və lakin Ramal kimi intellektli biri indi haradadır? Azərbaycan mediası onun simasında əksər yaxşıları niyə itirməyə davam edir? Axı dövlət, vətən, millət deyəndə məhz o kateqoriya jurnalistləri axtarır hamı, rəsmilər, partiyalar, lap elə vətəndaşlar da. Kimin xəbəri var bu ölkədə o təbəqədən, hamıya eyni zamanda lazım olan və olmayan, doxsanlarda Heydər Əliyevin bapbalaca uşaqlar dediyi, dil-dil ötən, yetişdirilmiş, gərəkli olan bircə ovuc qalan o jurnalistlərdən. İlim-ilim itirilirlər onları. Bu peşəni seçdikləri, vicdanlı, əxlaqlı, dürüst, vətənpərvər olduqları, bir də kimsənin qohumu və sairi ola bilmədikləri üçün “ofsaytdadırlar”. Ölkədə gedən bütün islahatlar onlardan yan keçir. Anlamaq olmur standart nə? Və ən dəhşətlisi bu ki, yerləşdirilən, işə qoyulanlar yox, məhz o bərbad gündə olan təbəqə, islahatları sıravi vətəndaşa şərh edir. Çünki yazmaq və danışmaq, kreslo, qalstuk, kəmər seçmək deyil, ətəyini mini geyib ədalı yeriməyi bacarmaq deyil. Yazmaq üçün bir az Tanrı seçilmişi, bir az istedad sahibi olmaq lazım. Və seçilmişi yox, lazımsız təyin ediləndə bir neçə ildən sonra ortaya məsələn, Vüqar Səfərli, ya da Nuşrəvan Məhərrəmli formatı çıxır. Sevgili Ramal, Tolik, Bayram və sairlər o üzdən var və sən o üzdən bu camiyədə ola bilmədin ki, etalon, nümunə sən deyilsən, onlardır. Yəni ideolojini bu cür qurdular, Toliki, Bayramı “yedizdirdilər” bizə və millətə. İdeoloji ora yönəldi ki, məsələn, manıs Rəqsanə ARB efirindən ölkənin diplomatik korpusunu yuyub sərir, media yox. İnciməsin, sevgili millətimi bircə şeydə qınayıram, bir əsirdə iki cümhuriyyət quran millət, indi oxumur, tənbəlləşib. Biliyi, bacarığı, qazanmaq istədiyi puldan çox aşağıdır, özünü yetişdirə bilmir. Niyə? Ona illər boyu ictimai təbliğat vasitələri üzərindən dedilər Zaur, Bayram, Tolik “xoroşo”. Onu həm də ələbaxım edədilər. Bu ideoloji ilə sən vətəndaşdan heç nə umma. Amma istənilən halda ona, yəni vətəndaşa gülümsəmək və yaşamaq üçün səbəb həmişə lazımdır. Bayramlarsa, bunu gözəl bacarır. Yəni niyə şikayət edib səhifə bağlatsınlar ki?

Və gələk söyənlərə… Həmişə belə düşünmüşəm, situasiyalar adamların şəxsiyyətini, tərbiyəsini ortaya çıxaran ən rahat vasitədir. Bir situasiyada adam söyürsə demək ki, sən haqlısan. Ona görə bəzən yazdıqlarım üzündən beşmərtəbəli söyənlərə təşəkkür eləmişəm. Sənisə yenidən hansısa efirdə görməyi tamaşaçı kimi çox arzulayardım…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*