Media nümayəndələri Ümummilli Liderin məzarını ziyarət etdi – FOTObackend

Media nümayəndələri Ümummilli Liderin məzarını ziyarət etdi - FOTO

Media nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

KONKRET.az xəbər verir ki, İyulun 21-də Milli Mətbuat Günü münasibətilə Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Azərbaycan Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*