Məhəmməd Əliyə qalib gələn Holms Taysona uduzmuşdu – VİDEOLARbackend

Məhəmməd Əliyə qalib gələn Holms Taysona uduzmuşdu - VİDEOLAR

“Tanınmış boksçu, dünya çempioni Mayk Tayson ən çox sevdiyi boks qarşılaşmasının adını açıqlayıb”.

KONKRET.az xəbər verir ki, o, boks əfsanəsi Məhəmməd Əli ilə Larri Holms arasındakı döyüşü daha çox xatırlayır.

Qeyd edək ki, bu döyüş 2 oktyabr 1980-ci ildə Paradaysda (Nevada, ABŞ) baş tutub. Holms 10-cu raundda qalib gələrək WBC ağır çəki dərəcəsində titulunu qoruyub. Əli isə karyerasında dördüncü məğlubiyyətini alıb.

Tayson həmin qarşıdurmanı belə xatırlayır: 

“Larri Holms Məhəmməd Əli ilə döyüşərək ona qalib gəldi. Ertəsi gün müəllimim Əliyə zəng edərək soruşmuşdu: “Niyə onun səni döyməsinə icazə verdin?”.

Yeri gəlmişkən, 1988-ci ildə Tayson Holms ilə dueldə çempion titullarını qoruyub və rəqibinə 4-cü raundda texniki nokautla qalib gəlib.

Rəsmiyyə Şərifova,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*