Robert Koçaryan təcili Moskvaya gedir – Səfərin məqsədi açıqlanıbbackend

Robert Koçaryan təcili Moskvaya gedir - Səfərin məqsədi açıqlanıb

Ermənistanın ikinci prezidenti, bir müddət öncə ölkədən çıxışına qadağa qoyulan Robert Koçaryan Moskvaya səfərə gedir.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hakim Anna Danibekyan Koçaryanın ölkədən çıxışına qoyulan qadağanı ləğv edib. Buna görə də sabiq prezident fevralın 3-dən, 8-dək Moskvada olacaq. Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan bildirib ki, eks prezident  2009-cu ildən bəri direktoru olduğu “AFK Sistema” maliyyə şirkətinin  İdarə Heyətinin iclasında iştirak edəcək.

Xatırladaq ki, 2018-ci ilin 26 İyul tarixində Ermənistanın Xüsusi İstintaq Xidməti, Koçaryanı ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham edib. Bu səbəbdən də ona ölkədən çıxma qadağası qoyulub.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*