Məhkəmə Nazarbayevin keçmiş qudasının həbs müddətini uzatdıbackend

Məhkəmə Nazarbayevin keçmiş qudasının həbs müddətini uzatdı

Qazaxıstan məhkəməsi sabiq prezident Nursultan Nazarbayevin keçmiş qudası, iş adamı Kayrat Boranbayevin həbs müddətini daha bir ay uzadıb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Qazaxıstan” nəşri yayıb.
Mənbə yazır ki, iş adamı kvazi-dövlət sektorunda xüsusilə böyük miqyasda vəsaitləri mənimsəməkdə şübhəli bilinir. O, martın 17-də saxlanılıb.

Oliqarx Forbes-in versiyasına görə ən zəngin 50 iş adamına daxil edilib. O, Qazaxıstan, Belarus və Rusiyanın regionlarında “McDonald’s”a sahib olub, “Kayrat” futbol klubuna, Milli Paralimpiya Komitəsinə rəhbərlik edib, Karaqanda Əczaçılıq Kompleksinin ortaq sahibi olub.
Xatırladaq ki, Kayrat Boranbayevin qızı Alima Nursultan Nazarbayevin nəvəsi Aysultanla evli olub.

Aysultan Nazarbayev 2020-ci ilin avqustunda Londonda narkotik asılılığı səbəbindən vəfat edib.

2021-ci ilin yanvarında Nursultan Nazarbayev nəvəsinin ölümünü şərh edərkən onun Moskva və Londonda müalicə olunduğunu deyib.

Aysultan Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva ilə mərhum Raxat Əliyevin oğlu olub.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*