Məhkəmə Serj Sarkisyanın cinayət işini icraata götürdübackend

Məhkəmə Serj Sarkisyanın cinayət işini icraata götürdü

Yerevan Şəhər Ümumi Məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla bağlı cinayət işini icraata qəbul edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, sabiq dövlət başçısı külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti ötən il dekabrın 4-də Serj Sarkisyana qarşı 2013-cü ilin 25 yanvar – 7 fevral tarixlərində 489 milyon dramın (1 milyon ABŞ dolları) bir qrup vəzifəli şəxs tərəfindən israf olunmasında təşkilatçı qismində iştirak etməsi ilə bağlı ittiham irəli sürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*