Mehriban Əliyevanın təşəbbüsü ilə NÖVBƏTİ AMNİSTİYA – 10 mindən çox şəxsə ŞAMİL OLUNACAQbackend

Mehriban Əliyevanın təşəbbüsü ilə NÖVBƏTİ AMNİSTİYA - 10 mindən çox şəxsə ŞAMİL OLUNACAQ

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktının qəbul olunacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, amnistiya aktının 8 Noyabr Zəfər günü ərəfəsində qəbul ediləcəyi bildirilir. Bu nəcib təşəbbüsün 10 mindən çox şəxsə şamil olunacağı gözlənilir.

Onlardan 1500-ə yaxın məhbusun isə azadlığa çıxması mümkün olacaq.

Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib./unikal.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*