Məhv edilən erməni hərbçinin FOTOLARIbackend

Məhv edilən erməni hərbçinin FOTOLARI

Ermənistan tərəfi Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi “qisas əməliyyatı” nəticəsində məhv edilmiş hərbçilərinin adlarını açıqlayıb.

KONKRET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, fevralın 13-də məhv edilən erməni hərbçilər aşağıdakılardı:

Eduard Hamletoviç Arutyunyan (1974),

Qaqik Varazdatoviç Manukyan (1982),

Arsen Qaqikoviç Hambardzumyan (1979),

Hraçya Talışeviç Hovhannisyan (1957).

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfinin əməliyyatı nəticəsində 4 erməni hərbçi məhv olub, 1-i yaralanıb.

Ermənistan KİV-ləri “Yerkrapa” Könüllülər Birliyinin döyüşçüsü olan Arsen Hambardzumyan fotoşəkillərini yayıb.

1 mart 1979-cu ildə İrəvan şəhərində anadan olan Arsen Hambardzumyan evli və iki uşaq atası idi. Arsen Hambardzumyanı silahdaşları Fedya adlandırırmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*