“Ermənistan silahlı qüvvəlləri şəhərlərimizə zərbələr endirirlər”.
KONKRET.az xəbər verir ki, bunu Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən brifinqdə deyib.
Generalın sözlərinə görə, dünən düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya da düşə bilərdi:
“O zaman zərər törədə və infrastruktura ziyan dəyə bilərdi. Kəşfiyyat məlumatlarına görə, Ermənistan Xankəndi ətrafında Ballıca yaşayış mövqeyindən “Toçka-U” raketi ilə şəhərlərimizə zərbələr endirib”.
