Meksikada miqrantlarla polis TOQQUŞDUbackend

Meksikada miqrantlarla polis TOQQUŞDU

Meksikanın Çiapas əyalətindən ABŞ-a piyada getmək istəyən yüzlərlə miqrant onlara mane olmağa çalışan polislə toqquşub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksika mətbuatı yazıb. Bildirilir ki, milli təhlükəsizlik qruplarının qurduğu barrikadaları aşmaq istəyən 500-dən çox qeyri-qanuni miqrant Huixtla şəhərinə doğru irəliləmək istəyib.

Səlahiyyətlilər miqrantların kütləvi şəkildə polis baryerlərinə hücumundan sonra başlayan qarşıdurmada bəzi adamların yaralandığını açıqlayıb.

Qeyd edək ki, uzun illərdir Mərkəzi Amerika ölkələrindən yola çıxan bir çox qeyri-qanuni miqrant Qvatemala və Meksika vasitəsilə ABŞ-a getməyə çalışır.

Daxili İşlər  Nazirliyinin Miqrasiya Siyasəti Bölməsinin məlumatına görə, Meksikada190000-dən çox sənədsiz miqrant müəyyən edilib, onlardan 74300-ü ötən ilin yanvar-sentyabr aylarında deportasiya edilib .

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*