Məktəbdə İNSİDENT: Müəllim direktor müavinini döydübackend

Məktəbdə İNSİDENT: Müəllim direktor müavinini döydü

Qaradağda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, hadisə tədris prosesi zamanı qeydə alınıb.

Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə direktor müavini çənə və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Hadisə məktəbdə olan digər müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.

Məlumata görə, riyaziyyat müəllimi məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*