Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən 179 saylı tam orta məktəbin qarşısında qeydə alınıb.
1998-ci il təvəllüdlü Rəhimli Saday Nəriman oğlu idarə etdiyi “Mercedes 190” markalı avtomaşınla yolu keçən 1963-cü il təvəllüdlü Kərimova Səyyarə Misir qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanıb.
