Məktəblərdə qış tətilinin vaxtı açıqlandıbackend

Məktəblərdə qış tətilinin vaxtı açıqlandı

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır.

KONKRET.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, tətil 27-31 yanvar tarixlərini əhatə edəcək.

Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü iş günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*