backend

Məktəblərimizdə çoxları təhsil üçün türkAzərbaycan dilini SEÇDİLƏR - Erməni nazir

“Erməni məktəblərində bir çoxları təhsil üçün türk və Azərbaycan dillərini seçiblər”.

KONKRET.az xəbər verir ki, bunu sentyabrın 8-də jurnalistlərə müsahibəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan bildirib.

“44 günlük müharibədə düşmənlərimizin erməni dilini ləhcəsiz bilməsinin səviyyəsini döyüş meydanında gördük. Onlar təlim keçmişdilər və indi də məktəblərdə təhsil alırlar.

Biz türk və Azərbaycan dillərini seçmə fənn kimi və yalnız orta məktəblərdə təklif edirdik.

İndi isə çoxları türk və Azərbaycan dilini seçib. Məktəblərdən birinin direktorundan soruşanda dedilər ki, səbəblər azərbaycanlılarınki ilə eynidir. Biz bu mühüm problemi həll etməyə hazır olmalıyıq”, – deyə nazir bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*