“Məlumat yayılıb ki, həlak olanlarımızın sayı hətta 500-ə çatır” – Melikyan + FOTObackend

"Məlumat yayılıb ki, həlak olanlarımızın sayı hətta 500-ə çatır" - Melikyan + FOTO

“Məlumat yayılır ki, həlak olanlarımızın sayı hətta 500-ə çatır”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Ruben Melikyan öz Facebook səhifəsində yazıb.

“Bu, Əliyevlə Nikolun birgə “riyaziyyatı”dır. Artıq 207 nəfərin öldüyü bildirilir. Bu arada belə məlumatlar yayılır ki, həlak olanlarımızın sayı hətta 500-ə çatır.

Əgər bu məlumat doğru deyilsə, onu təkzib etməyin bircə yolu var – bütün ölən və itkin düşmüş şəxslərin adlarının siyahısını dərc etmək.

Torpağımız üçün canından keçmiş bacı-qardaşlarımızın xatirəsini ehtiramla yad etmək üçün heç olmasa onların adlarını ictimaiyyətə açıqlamaq lazımdır.

Bu, az da olsa, həyata keçirilməyənə qədər hər birimizin rəsmi statistikaya əsaslı şəkildə şübhə etmək haqqımız var”, – deyə o qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*