“Məlumatlıyam” – İlham Əliyev cəbhəboyu bölgələrdəki durumdan DANIŞDIbackend

"Məlumatlıyam" - İlham Əliyev cəbhəboyu bölgələrdəki durumdan DANIŞDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Təhlükəsizlik Şurasının iclasını keçirib.

KONKRET.az xəbər verir ki, Prezident cəbhəboyu bölgələrdən məlumatlı olduğunu bildirib:

“Bu gün səhər mən bütün cəbhəboyu bölgələrdən məlumat almışam. Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə dəstək verməyə hazırdırlar və bunu edirlər”.

O bildirib ki, Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir:

“Deyə bilərəm ki, əməliyyat uğurla həyata keçirilir, Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələrin gedişatı ilə bağlı məlumatlandırılsın”, – deyə İlham Əliyev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*