“Memar Əcəmi” stansiyasında orta yaşlı kişi stansiya yoluna düşdübackend

"Memar Əcəmi" stansiyasında orta yaşlı kişi stansiya yoluna düşdü

“Memar Əcəmi” stansiyasında orta yaşlı kişi stansiya yoluna düşüb.

Bu barədə KONKRET.az-a “Bakı Metropoliteni”ndən bildirilib.

Stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb. Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb.

Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb. Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*