40 yaşlı rusiyalı aktyor Aleksey Çadov bir vaxtlar Ukrayna prezidenti Volodimir Zelenski ilə dost olduğunu etiraf edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu, komediya ustası (Zelenski) Ukrayna prezidenti seçilənə qədər olub: “Əgər o zaman mənə desəydilər ki, bir-birimizə fərqli davranacağıq, buna inanmazdım” – deyə Çadov vurğulayıb.

Aktyor uzun müddətdir ki, Zelenski ilə danışmadığını etiraf edib. Gələcəkdə belə bir fürsətin yaranıb-yaranmayacağını isə bilmədiyini açıqlayıb.
O, Ukrayna liderini şən və mehriban insan kimi xatırlayıb. Çadov əlavə edib ki, Volodimir şou-biznesdə uğurlu karyera qurub və onun böyük bir pərəstişkar ordusu var.
Qeyd edək ki, indi Ukrayna hakimiyyəti Çadovu qara siyahıya salıb, baxmayaraq ki, o, heç vaxt qonşu dövləti tənqid etməyib. Aleksey artıq Volodimirlə əlaqə saxlamır: “Mənim ulu babam ukraynalıdır və Böyük Vətən Müharibəsi qəhrəmanıdır. Hörmət, sülh və dialoq tərəfdarıyamsa, niyə ölkəyə girişimə qadağa qoyursunuz? Qəribə qərardır. Bəyənilmədiyimiz yerə getmək istəyimiz yoxdur” – deyə aktyor fikirlərini tamamlayıb.
MÜşviq Tofiqoğlu,
KONKRET.az
